«Səba» ASC 60 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib, deyə şirkətin adının çəkilməsini istəməyən əmakdaşı Turan-a bildirib. Onun sözlərinə görə, oktyabın 1-də iclas keçirilib və elan edilib ki, bu, istehsal ziyanı ilə bağlıdır. Bundan başqa, işləyən əməkdaşların maaşı 40% azaldılıb. Qeyd edək ki, ASC-nin sədri Fuad Ələkbərov Turan-ın dəfələrlə edilən zənglərinə cavab verməyib. Sentyabrda Turan «Səba» ASC-də gözlənilən ixtisarlar barədə yazmışdı. Amma o vaxt Fuad Ələkbərov informasiyanı təkzib etmiş və bu xəbəri fitnəkarlıq adlandırmışdı.