Elxan Şahinoğlu: ” ABŞ və Rusiya böyük münaqişələrdə fərqli mövqe ortaya qoyduğu halda, Qarabağla bağlı razılığa gələcəyi inandırıcı deyil”
ABŞ-la Rusiya arasındakı münasibətlərdəki gərginlik son bir neçə gündür ki, pik nöqtəsinə çatıb. Gərginliyə səbəb Suriya problemidir.
“ABŞ hökuməti Rusiya ilə əldə olunmuş razılaşmaları icra edə bilməyib, çünki Vaşinqtonun Suriyaya dair aydın, dürüst mövqeyi yoxdur”.Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ağ Ev təhdid xarakterli bəyanatlar səsləndirməməli, danışıqların pozulmasında təqsirli olduğunu etiraf etməlidir. Bundan başqa Rusiyanın Suriyaya S-300 raketlərini yerləşdirməsi gərginliyi artıran faktorlardandır. Amma bu iki dövlət eyni zamanda Qarabağ probleminin həllində iştirak edirlər. ABŞ və Rusiya Minsk Qrupunun həmsədləridir. Yaranan gərginlik Qarabağ probleminə necə təsir edəcək?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, yaşanan gərginlik Qarabağ danışıqlarından da yan keçməyəcək. Qarabağ probleminin həllində əvvəldə bir irəliləyişin nəzər çarpmadığını deyən E.Şahinoğlu vurğuladı ki, menasibətlər tərəfdaş səviyyəsində olanda da irəliləyiş müşahidə olunmayıb: “ABŞ-la Rusiyanın mövqeyi iki qlobal məsələdə haçalanır. Birincisi Ukrayna problemidir. Rusiya Krımı, Donbası işğal edib. Bunun qarşılığında Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Eyni zamanda Suriya məsləsinə görə də fikir ayrılığı var. Ona görə ABŞ və Rusiya böyük münaqişələrdə fərqli mövqe ortaya qoyduğu halda, Qarabağla bağlı razılığa gələcəyi inandırıcı deyil. Düzdür həmsədrlər birgə işləyirlər. Amma hər iki dövlətin dünya problemlərinə fərqli baxışları var. Belə olan halda onların Qarabağla da bağlı fərqli məqamları ola bilrə. Çünki Rusiya münqişənin həllində maraqlı deyil. Əksinə hərbi cəhətdən Azərbaycanın güclənməsini istəmir. Ona görə “İsgəndər” raketlərini Ermənistana təmənasız verdi”.
E.Şahinoğlunun fikrincə, Kerrinin “Qarabağ münaqişəsinin vaxtının yetişmədiyi” ilə bağlı açıqlaması təsadüfi deyil. Eyni zamanda ona da diqqət yönəldilməlidir ki, aprel döyüşlərindən sonra cəmiyyətin bir hissəsində belə bir inam var idi ki, bəlkə böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq edib, Qarabağ probleminin həllini sürətləndirə bilərlər. E.Şahinoğlunun sözlərinə görə, amma baş verənlər bunun tam əksini deməyə əsas verir.
Xəyal