İlham Əliyevin nəzarətə götürdüyü iş nəzarətsiz qalıb
Ötən ilmayın 19-da Binəqədi rayonunda yerləşənn hündürmərtəbəli binada dəhşətli yanğın hadisəsi baş verdi və bu faciə nəticəsində 15 nəfər həlak oldu. Bu hadisənin əks-sədası bütün ölkəyə yayıldı. İnsanlar yanğın yerini ziyarət etdilər, qərənfillər düzdülər, qeyri-rəsmi matəm əhval-ruhiyyəsi yaratdılar. Həqiqətən də dəhşətli hadisə idi və yarıtmazlığın, məsuliyyətsizliyin, acgözlüyün nəticəsi idi. Həmin vaxt məlum oldu ki, bu faciə bədbəxt hadisə deyil və məsələ o qədər ictimailəşdi ki, hadsəylə bağlı cinayət işi açıldı, prezident müşavirə çağırdı. Müşavirədə ölkə başçısı bildirdi ki, bu hadisənni araşdırılmasına şəxsən özü nəzarət edəcək və günahkarla cəzalandırılacaq. Amma bu hadisədən təxminən il yarım vaxt ötür və hələ də günahkarlar azadlqıda gəzir. Biz bu faciəli yanğınla bağlı saysız yazılar yazmışıq və məsələnni obyektiv araşdırılmasını gündəmə gətirmişik. Amma bu hadisəylə bağlı saxlanılanların məhkəmə prosesi daha dəhşətli faktları ortaya çıxardı və ölkənin nə qədər sahibsiz, qanunların nə qədər hökmsüz, hüquqn nə qədər tapdanmış olması üzə çıxdı.
Bəli,təqsirləndirilən şəxs qismində saxlanılan şirkət rəhbəri Miryusif Mahmudov ifadəsində deyir ki, yanğın hadisəsini MTN törədib və binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib: “Mən yanğın yerində olanda dedilər ki, “qonaq”lar gəlib, ofisdə səni gözləyirlər. Yeddi-səkkiz qara maşın, 17-18 adam gəlmişdi. Elə bil bin Ladenlə qohumluğum vardı, qatı cinayətkar götürməyə gəlmişdilər. Yanğınsöndürənlər hadisə yerinə yenicə çatırsa, bizim ofisdə əməliyyat tədbirləri keçirilməsi maraqlıdır. Yanğın başlayandan yarım saat sonra MTN-in xüsusi əməliyyat keçirərək bizim ofisi mühasirəyə alması müəmmalıdır. Bu yanğından 3 gün öncə Nərimanov rayonunda başqa bir binanı yandırmağa cəhd olunub, alınmayıb. Adamlar MTN-də baş verənlər barədə nazirlikdəki məlum hadisələrdən sonra danışmağa başlasalar da, mən hələ avqustun 20-də Kürdəxanıda olarkən müstəntiqə başımıza gətirilənlər barədə ətraflı danışmışdım. Həmin şəxslərin adlarını, onların telefon nömrələrini demişdim. Müstəntiq hətta həmin vaxt təəccüblənmişdi də. Mayın 20-də prezidentin rəhbərliyi ilə keçirilən iclasda baş prokuror bizim şirkətə dair sənədləri təqdim etdi, amma bilmirəm nə səbəbə, fövqəladə hallar naziri bizim şirkət tərəfindən onlara sənəd daxil olmadığını dedi. Halbuki, biz bütün qurumlara lazımi sənədləri vermişdik”-deyə Miryusif Mshmudov bildirib.
O daha sonra əlavə edib ki, Binəqədidəki yanğından əvvəl başqa binalarda da yanğın törədilib. Deyib ki, yanğlndan əvvəl şirkətin əməkdaşını MTN-ə çağırıb pul istəyiblrə. Onu da vurğulayıb ki, prezidentin müşavirədə verdiyi vədlərdən sevinib və məsələnin obyektiv araşdırılacağına ümid edib.
İfadələrdən də göründüyü kimi Binəqədi yanğının ətrafında xeyli müəmmalar var və bu müəmmaları dəqiqliyə çevirmək mümkündür. Çünki, saxlanılan şəxslər yanğının qəsdən törədildiyini iddia edirlər və hadisənin detallarını üzə çıxarırlar. Yəni, aydın olur ki, 15 nəfər insan kimlərinsə marağının qurbanına çevrilib və bundan xeyli səlahiyyətli şəxs xəbərdar olub.
Amma bu miqyasda cinayətin baş verməsinə baxmayaraq, prezidentin nəzarətə götürdüyü iş nəzarətsiz qalıb. Niyə il yarım ərzində bu adamların ifadələri əsasında əməli işlər görülməyib, niyə prezident nəzarətə götürdüyü işin detalları ilə maraqlanmayıb?
Heç olmasa bundan sonra Binəqədidəki yanğın obyektiv araşdırılmalıdı. Bu hadisə dövlət adına utancdı. 15 nəfər faciəli şəkildə həlak olur və bu adamalr kimlərinsə qazanmaq ehtirasının qurbanına çevrilir. Amma aidiyyatı qurumlar lazım olan addımı ata bilmirlər. Əsas adamlar kənarda qalıb, yüzüncü dərəcəli adamları həbs ediblər. Ona görə də bu cinayət işinin araşdırılmasında əsas məsuliyyət ölkə başçısının üzərinə düşür. Əgər günahkarlar cəzalandırılmırsa, deməli hökumətin çəkinəcəyi məqamlar var. Təkcə bu fakta görə Eldar Mahmudov istintaqa cəlb olunmalıdır. Əgər siyasi iradə olsa bu hadisənin bütün gzlinləri asanlıqla üzə çıxarılar və günahkarlar cəzalandırılar.
Amma məhkəmədəki dəhşətli ifadələr hələ ki, hökumətə dəhşətə gətirmir
Samir