Dünyaya səpməyə pul çoxdur, xalqa gələndə pul yoxdur
Hamımızın illərlə müşahidə etdiyimiz və əmin olduğumuz bir reallıq var. Belə ki, bu hakimiyyət heç vaxt xalqın maraqları naminə qərarlar qəbul etmir, xalqı çətin vəziyyətdən çıxarmaq üçün pul xərcləmək istəmir və dövlətin işıqlı gələcəyini təmin edəcək addımlardan yayınır.
Məsələn, devalvasiyadan sonra əhaliyə dəyən zərər ödənilmədi. Hansıki, Ukraynada, Qırğızıstanda, Yunanıstanda bunun əksini gördük. Yaxud, hökumət qiymət artımına qarşı heç bir iş görmədi, kredit faizlərinin aşağı salınmasına cəhd etmədi, uzun illər ərzində ölkəyə milyardlar axsa da sadə vətəndaşın maaşında özünü göstərmədi.
Amma Beynəlxalq Bankın sağlamlaşdırılması üçün 3 milyard maant vəsait ayrıldı və bu məbləğin 30 il müddətinə ödəniləcəyi bildirildi. Yəni, şəxsi maraqları, şəxsi biznesi təhlükə gözləyəndə, dərhal qərar qəbul edirlər.
Uzun illərdi şəhid ailələrinin sığorta pulu ödənmir. Amma mənasız layihələrə pul xərcləyirlər, beynəlxalq yarışlara sponsorluq edirlər, erməni kilsələrin əpulsuz qaz verirlər, erəmnipərəst ölkələrdə xarabalqıalrı abadlaşdırırlar və.s Son olaraq isə Heydər Əliyev fondu Bolqarıstanda xarabalıqları abadlaşdırmaq missiyasını üzərinə götürüb.
Amma məhz maliyyə məsləsini önə çıxararaq xaricdə təhsil proqramı dayandırılıb. Bu il xaricdə təhsil almaq üçün 1 nəfər də tələbə göndərilməyib.
Göründüyü kimi xalqın və dövlətin maraqlarından söhbət gedəndə hökumət birmənalı şəkildə geri çəkilir, amma əcnəbilərə xərcləməyə, lobbi təşkilatlarına paylamağa istənilən qədər pul tapırlar.
Bugünlərdə isə məlum oldu ki, Standard Banka kömək məqsədilə dövlət Əmanətlərin Sığortlanması Fonduna 10 il müddətində 0.15 faizlə 460 milyon manat pul ayrılıb. Əlbəttə ki, biz əmanətçilərin pulunun geri qaytarılmasına qarşı deyilik. Nə də bankların müflisləşməsini istəmirik.
Amma reallıq budur ki, hökumət eyni addımları yıxılmış vətəndaşı ayağa qaldırmaq üçün atmır. Açıq şəkildə vətəndaşı sonuncu dərəcəli varlıq kimi görür.
Necə olur ki, kredit faizlərinni aşağı salınmasından, dollarla olan kreditlərin köhnə məzənnə ilə ödənilməsindən söhbət düşəndə “ maliyyə intizamı pozular” deyirlər, amma öz biznesləri üçün milyardlar xərclənəndə maliyyə intizamı pozulmur?
Bir tərfədən “bank xeyiryyə təşkilatı deyil” söyləyirlər, o biri tərəfdən məlum olur ki, bank vasitəsilə milyardlar ölkədən çıxarılaraq offşorlara göndərilir.
Nəticə bundan ibarətdir ki, hökumət xaricdə təhsilin davam etdirilməsini təmin edə bilər, kredit fazilərini aşağı sala bilər, şəhid ailələrinin sığorta pulunu ödəyə bilər, təhsil haqlarını aşağı sala bilər, xalqın yükünü azalda bilər və.s Sadəcə olaraq bunu məqsədli şəkildə etmir. Serbiyada, Həştərxanda, Fransada, Bolqarıstanda pullar xərcləməyə, mənasız layihələrə milyardlar sərf etməyə hazırdılar, amma xalqın ehtiyacını ödəmək istəmirlər. Bu faktdır, realıqdır və bu proses davam edir.
Samir