Hökumət növbəti qiymət artımına qərar verdi. Yumurtadan toyuq ətinə, üzümdən almaya qədər meyvə və ərzaq məhsullarının gömrük rüsumunu qaldırdılar. Deməli, həmin məhsulların əhaliyə satış qiyməti də dərhal və ciddi şəkildə artacaq. Biz də bunlara təkliflər veririk ki, korrupsiyadan imtina edin, monopoliyaları ləğv edin, sahibkarlığa, azad rəqabətə, ölkəyə sərmayə qoyuluşuna imkan yaradın… Adamlar sanki özlərinə söz veriblər ki, xalq səfalət içində yaşasa da islahat istiqamətində heç bir addım atmasınlar. Pul qazanmağın isə tək bir yolunu – xalqı soymaq yolunu bilirlər. Bu qərardan kənd əhalisinin qazanacağına da ümid etməyin. İri torpaq sahələrini və kənd təsərrüfatındakı əsas istehsal sahələrini də öz monopoliyalarına götürürlər. Bu qərarı da öz maraqları üçün veriblər.
Dostlar, məhz belə qərarların olmaması üçün deyirdik ki, “Monarxiyaya yox! Talana son!” mitinqlərinə daha çox adam qatılmalıdır.