Yeni qurğu nə hiss etdiyini biləcək
“EQ-radio” adlanan qurğunu Massaçusets Texnologiya İnstitutunun nəzdində “Kompüter elmləri və süni İntellekt Laboratoriyasının” tədqiqatçıları ərsəyə gətirib.
Cihaz simsiz siqnalların, dalğaların köməyi ilə insanın emosional vəziyyətini təyin edə bilir.
“EQ-Radio” insanın bədəninə “Wi-Fi” dalğalarına bənzər simsiz siqnallar göndərir, bu siqnallar insanın nəfəsində, ürək döyüntüsündə ən kiçik dəyişiklikləri qeydə alıb cihaza ötürür. Toplanmış bilgilər xüsusi alqoritmlərin, kompüter əməliyyatlarının köməyi ilə emal edilir. İnsanın məmnun, şən, qəmgin və ya acıqlı durumu üzə çıxır.
Qurğunun yaradıcıları onun əyləncə, reklam, səhiyyə sahələrində faydalı olacağını iddia edirlər. Cihazın köməyi ilə film studiyaları, reklam agentlikləri insanların reaksiyalarını ani vaxtda ölçə biləcəklər.
Tədqiqatçılar düşünürlər ki, cihaz gələcəkdə depressiya, stress kimi rahatsızlıqları daha tez üzə çıxaracaq texnologiyaların yaradılmasına da yol aça bilər. (azadliq.org)