İsrailin paytaxtı Təl-Əvivdə, Müdafiə Nazirliyi və Baş Qərargahın yerləşdiyi yerlə üzbəüz, «Sarona» ərzaq bazarının yaxınlığında atışma baş verib. Nəticədə azı 3 nəfər ölüb, 9 nəfər yaralıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Bu barədə Jerusalem Post nəşri məlumat yayıb. Atışma turistlərin daha çox olduğu yerdə baş verib. Atəş açanlardan biri öldürülüb, ikisi saxlanılıb. Hücum terror aktı kimi qiymətləndirilib.
azadliq.info