Beynəlxalq Tennis Federasiyası (ITF) Mariya Şarapovanın tennis oynamasına 2 illik qadağa qoyub. Bu, onun dopinq testindən keçməməsindən sonra baş verir.
Rusiyalı idmançı mart ayında, bədənində meldonium maddəsi aşkar olunandan sonra yarışlardan müvəqqəti kənarlaşdırılmışdı.
Həmin vaxt 29 yaşlı Şarapova ürək xəstəliyi üçün istifadə olunan dərmanı 10 il ərzində qəbul etdiyini demişdi. Son vaxtlaradək bu dərman qadağan olunmamış idi.
Şarapova deyir ki, qadağaya qarşı apellyasiya şikayəti verəcək.
“Mən bu ədalətsizcəsinə qəddar iki illik qadağanı qəbul edə bilmərəm”, Maria Şarapova öz Facebook səhifəsində yazıb.
Mart ayında idman malları istehsal edən Nike şirkəti Şarapova ilə müqaviləni müvəqqəti olaraq dayandırdığını bəyan etmişdi.
İsveçrənin TAG Heuer saat şirkəti də dopinq qalmaqalına görə onunla reklam müqaviləsini uzatmamaq qərarını elan etmişdi.