Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.
Onlardan ikisi polis, digər ikisi isə mülki vətəndaşdır. Hər iki polis əməkdaşı qadındır. Terror aktı nəticəsində həmçinin 34 nəfər yaralanıb
***
Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücumdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib.
Nəticədə 2 polis həlak olub, 30-dən çox adam yaralanıb.
* * *
Türkiyənin Mardin vilayətində polis məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində ölən və yaralananlar var.
Hazırda onların sayı dəqiqləşdirilir.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəliblər.
İlkin məlumata görə, partlayışı PKK terror təşkilatı törədib.
İnsidentdən sonra vilayətdə PKK-ya qarşı geniş əməliyyatlar başlayıb.
Partlayış nəticəsində qonşu bina zərər görüb.
“TRT Haber” telekanalının verdiyi məlumata görə, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Rəsmi şəxslər insidenti hələ şərh etməyiblər.