13 il azadlıqdan məhrum edilən iş adamı 2 il 2 aydan sonra həbsdən çıxdı
“AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilsə də, iş adamı iki il iki aylıq həbsdən sonra azadlığa buraxılıb. İyunun 8-də Ali Məhkəmədə bu barədə qərar çıxarılıb.
“Amay Abdulla” kimi tanınan biznesmenin işinə Ali Məhkəmədə Ilham Cəfərovun sədrlik etdiyi hakimlər heyəti baxıb. Qərara əsasən, Abdulla Abdullayev barəsində hökm dəyişdirilib. CM-nin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsilə ittihama xitam verilib. Həmçinin Abdulla Abdullayevə münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Onun cəzası şərti hesab edilib və dərhal azadlığa buraxılmasına qərar verilib.
Xatırladaq ki, Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü iləÿiş adamı 13 il azadlıqdan məhrum edilmişdi. Onunla birlikdəÿmühakiməÿolunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov vəÿVidadi Qurbanovun hər birinəÿ9 il, Nadejda Ilyasovaya isəÿ8 il şərti cəza verilmişdi. Onlar dələduzluq, mənimsəmə kimi əməllərdə təqsirləndirilirdi.
Bakı Apellyasiya Məhkəməsi də Abdulla Abdullayevin 13 il azadlıqdan məhrum edilməsinə dair hökmü qüvvədə saxlamışdı. Iş adamı bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayətini geri götürmüşdü. Bir qədər keçəndən sonra isə Abdulla Abdullayev fikrini dəyişərək, bir daha Ali Məhkəməyə müraciət etmişdi. Dünənki qərar da həmin kassasiya şikayəti əsasında çıxarılmışdı.
Onu da qeyd edək ki, Abdulla Abdullayev bir müddət əvvəl dövlət başçısı Ilham Əliyevə açıq məktub yazaraq, məmur özbaşınalığından, yüksək vəzifədə çalışan şəxslərin əhaliyə divan tutmasından bəhs etmişdi.
Abdulla Abdullayev məhkəmələrdə ifadələrində də günahsız olduğunu, sifarişlə həbs edildiyini bildirirdi.
Aytən