Ölkədə elə bir sahə yoxdur ki, “bu sahədə müsbət nümunələr var”, “bu sektor güclü inkişaf edib”, “hökumətin filan addımı, filan sahəni dirçəldib” söyləyə bilək. Hansı tərəfə çevrilsək, eybəcərliyin, saxtakarlığın, korrupsiyanın qoxusu gəlir. Ən strateji sahələr oyuncağa çevrilib, mənasını itirib, təyinatı üzrə fəaliyyət göstərmir.
Təəssüflər olsun ki, yarıtmaz siysətin ən çox zərər vurduğu sahələrdən biri də hüquq sahəsidir. Hüquq mühafiz orqanları, məhkəmələr, ədliyyə sistemi recimin əl kuklasına çevrilib. Yuxarının göstərişi omadan heç bir prinsipail qərar verilə bilməz.
Hüquqsuzluq, özabaşınalıq o həddə çatıb ki, hər bir nazirlik ayrıca kiçik dövlətə çevrilib. Xüsusən də neftin qiymətinin yüksək olduğu vaxtlarda pul silmək xatirinə saysız-hesabsız qurumlar yaradılıb.
Ən biabrıçı mənzərə isə bütün nazirliklərin xüsusi istintaq şöbəsinin olmasıdır. Vergilər nazirliyinin, DIN-in, Gömrükün, Sərhəd Xidmətinin, MTN-in və digər qurumların istintaq idarələri mövcuddur. Təsəvvür edin ki, əməliyyatçı ilə istintaqçı eyn otaqda oturur, eyni strukturda çalışır və bir-birini gözəl tanıyırlar. Belə olan halda obyektivlikdən söhbət gedə bilərmi? Eyni qurumun əməliyyatçısına, eyni qurumun istintaqçısı əlbəttə müqavimət göstərməyəcək. Əgər bir şəxs günahsız tutulsa da, istintaq aparan öz şöbəsinin əməkdaşını ifşa etməyəcək, əməliyyatı pozmayacaq. Əslində, bugünə qədər bu sahədəki qanunsuzluğun, qəddarlığın, süründürməçiliyin əsas səbəbi bundan ibarətdir. Məlumdur ki, siyasi xarakterli həbslər birbaşa yuxarının göstərişi ilə həyata keçirilir və bundan kənara çıxamaq olmaz. Amma qeyri-siyasi işlər var ki, heç olmasa bu işlər də ədalətin təmin olunması üçün normal struktur qurulmalıdır. Biz də bilərik ki, hökumətin başında duranlar yalnız siyasi xarakterli şərləmlərə dirijorluq edir. Yoxsa, hansısa sahibkarı Vergilər Nazirliyinin əməliyyatçısı tutub, Vergilər Nazirliyinin istintaq idarəsinə gətirir və həmin nazirliyin istintaqçısı da işi “araşdırmağa” başlayır. Əlbəttə ki, belə olan halda ədalət bərqərar olmayacaq. Ümumiyətlə, o istintaqçı şübhəli məqamları araşdırmayacaq, kobud qanun pozuntularına göz yumacaq. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi tutan da, araşdıran da eyni kabinetdə, eyni qurumda işləyir. Bu biabırçılığa son qoymaq üçün vahid istintaq komitəsi olmalıdır. Indiki halda hər bir qurum özünü söz sahibi, ədalət təminatçısı kimi təqdim edir. Nə qədər ki, bu eybəcər “ənənə”lər davam edəcək, günahsız insanların həbsi, korrupsiya, qanunsuzluq da davam edəcək.
Samir