Gürcüstanla Avropa Birliyi (AB) arasında viza rejimi aradan qalxdı. Bu barədə razılıq dünən Strasburqda Avropa Parlamentinin sədri Martin Şultsla Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında keçirilən görüşdə əldə olunub.
Şults görüşdən sonra “Twitter” hesabından bu fikirləri paylaşıb: “Gürcüstan viza rejiminin aradan qaldırılması üçün bütün şərtləri yerinə yetirib. Hər hansı gecikmə olmadan vizasız rejim tətbiq olunmalıdır”.
Gürcüstan prezidentinin bu gün NATO baş katibi Yens Stoltenberq və Avropa Birliyi Şurasının sədri Donald Tuskla da görüşəcəyi bildirilir.
Gültəkin