Samir Şərifov Bakı merini portfelsiz məmura çevirir
Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) səlahiyyətləri azaldılır. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, yaxın zamanda Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞIH-dən alınacaq:
“Bu funksiyaya nəzarət yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə həvalə olunacaq. Bundan əlavə elektron idarəetmə, paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyətilə bağlı pərakəndəliyi aradan qaldırmaq onlara tapşırılacaq və parkomat nəzarətçilərini də o qurum idarə edəcək. Hazırda həmin qurumun əsasnaməsi formalaşdırılır. Əsasnaməyə görə, Bakıda olan sərnişin nəqliyyatının bütövlükdə idarəolunması o quruma verilir”(aznews.az).
Bəzi iddialara görə, Bakı Nəqliyyat Agentliyi və “Bakubus” maliyyə naziri Samir Şərifovun nəzarətindədir.