ABŞ Dövlət Departamenti Krımın anneksiya olunmasına görə Rusiyaya qarşı tətbiq edilə biləcək yeni sanksiyaları nəzərdən keçirəcək. Bu barədə dövlət katibinin köməkçisi Viktoriya Nuland bildirib.
“Biz bu istiqamətdə əlavə nə edə biləcəyimizi araşdıracağıq”, – deyə Nuland Senatda dinləmələr zamanı müvafiq suala cavabında vəd edib.
Nuland xatırladıb ki, hazırda ABŞ və Aİ tərəfindən tətbiq edilən sanksiyalar bu bölgəyə sərmayə yatırmağı qadağan edir.
(apa)