Rusiyanın son iki ildə üzləşdiyi sanksiyalara görə itkisi 250 milyard dollar olub. Bunu Rusiya prezidentinin müşaviri Sergey Qlazyev bildirib. Onun sözlərinə görə, Rusiyanın maliyyə vəsaitləri azalır. Qərb ölkələrinin tətbiq etdiyi məhdudiyyətlərdən sonra Rusiya 200 milyard dollar borc qaytarmalıdır. 2015-ci ilin may ayında Rusiya Bankı iqtisadiyyatın itkilərinin 60-7o milyard dollar olduğunu bildirmişdi.
azadlıq.info