Azərbaycanda ötən il məhkəmədə baxılan işlərin sayı əvvəlki illə müqayisədə iki dəfə çox olub.
APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı deyib ki, ötən il ümumilikdə 500 min işə baxılıb.