Səhər saatlarında Dövlət Təhlükəsizlik Xidmətinin Babək rayon şöbəsinə çağırılan AXCP fəalı Yaşar Bağırsoy saat 17:30 radələrində sərbəst buraxılıb. Bu haqda “Azadlıq”a Yaşar Bağırsoy özü məlumat verib.
***
AXCP Naxçıvan MR sədri Yaşar Bağırsoy martın 15-də Dövlət Təhlükəsizlik Xidmətinin Babək rayon şöbəsinə çağırılıb. Çağırışla bağlı bildiriş Yaşar Bağırsoya qurumun əməkdaşı tərəfindən bu gün təqdim edilib. Hazırda Y.Bağırsoy şöbədədir.