Brent neftini barrelinin qiyməti, bazardakı hasilat artıqlığı, Morqan Stenlinin (Morgan Stanley) qlobal durğunluq riskinin artacağı və 2017-ci ildə neftin 25 dolları görə biləcəyi barədə xəbərdarlıq etməsilə bu gün 38 dollar səviyyəsinə enib.
Qərbi Texas növü xam neftin (WTI) qiyməti isə dünən 2,8% düşməsinin ardından, bu gün də geriləməsini davam etdirərək 2,12 faiz azalma ilə 36,39 dollar səviyyələrindən alıcı tapır.
İranın bazar günü, Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər kimi iri istehsalçıların neft qiymətlərini tarazlaşdırmaq üçün xam neft hasilatlarını yanvar səviyyəsində saxlamaq təşəbbüsünə qatılmayacağını açıqlaması və Morqan Stenlinin dünya miqyasında mühüm iqtisadiyyatların 2016-cı il üçün artım proqnozlarını aşağı salmasından sonra dünən neftin qiyməti 40 dollardan aşağı düşdü, bu gün 38,52 dollarla təxminən 2-ci həftənin ən aşağı səviyyəsini görüb.
Sanksiyaların qaldırılmasının ardından neft hasilatını artırmağı qarşısına məqsəd qoyduğunu deyən İranın istehsalı, fevralda gündəlik 3,13 milyon barrel səviyyəsinə çatıb. İstehsalı “dondurmaq” qərarına dair İran, gündəlik 4 milyon barrel hasilat hədəfinə çatana qədər danışıqlara qatılmayacağını bildirib.
ABŞ-ıni maliyyə xidmətləri şirkəti Morqan Stenli hazırladığı hesabatda, inkişaf etməkdə olan bazarların və inkişaf etmiş ölkələrin böyümə sürətlərinin ləngidiyinə diqqəti çəkərək, qarşıdakı 12 ay üçün qlobal durğunluq ehtimalının 30 faiz artdığını vurğulayıb.
Bank, buna bağlı olaraq neft qiymətlərinin də aşağı düşməsinin qlobal təklif artıqlığı və dünya miqyasında xam neft tələbinin aşağı olması səbəbindən davam edəcəyini və barelinin orta qiymətinin 2017-nin ilk rübündə 25 dollara qədər düşəcəyini bildirib.
(marja)