Tüstüdən zəhərlənərək ölən körpələrdən birinin 5 yaşı, birinin 3 yaşı vardı
Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəhşətli faciə baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib. Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub.