Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Aygün Heybətova oğlunun həbs olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
O, bildirib ki, Tural Allahverdiyev adında oğlu yoxdur: “Mən 35 il Vidadi ilə həyat yoldaşı olmuşam. Mənim 3 qızım, 1 oğlum var. Oğlumun adı Əhməddir, bu dəqiqə də yanımdadır. Tural adında oğlum yoxdur. Belə yalnış məlumat olar? Belə məlumatlar insana başağırısı gətirər”. (AzNews.az)
***
Faktla bağlı cinayət işi açılıb
Bu gün Bərdə rayonunda qətl törədilib. Rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin borc pul üstündə baş verdiyi bildirilir.
Qətl törədən T.Allahverdiyev bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğludur. (Lent.az)