Nəhayət, şərlənərək həbs olunan AXCP Babək rayon şöbəsinin fəalı Zeynal Bağırzadəyə 4 aydan sonra ailəsilə görüşə icazə verilib. Bu barədə onun qardaşı Yaşar Bağırzadə məlumat verib. Onun bildirdiyinə görə, martın 14-də Yaşar Bağırazdəyə oğlu Qurban Bağırzadə ilə görüşməsinə imkan yaradılıb. Görüş təxminən bir saata yaxın davam edib. Zeynal Bağırazdə bir müddət əvvəl səhhətində problemlərin olduğunu, buna görə ona müəyyən tibbi yardım göstərildiyini bildirib.
Martın 18-də Zeynal Bağırzadə haqda çıxarılmış hökmdən verilmiş apellyasiya şikayyəti üzrə məhkəmə baxışı olacaq.
Xatırladaq ki, Zeynal Bağırzadə fevralın 2-də Babək Rayon Məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrum edilib.