Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. Bu barədə İntefaks agentliyi məlumat yayıb. Putin müdafiə və xarici işlər nazirləri ilə görüşdə bildirib ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan məqsəd yerinə yetirilib. Ona görə də, artıq Rusiya hərbi birləşmələrinin Suriyadan çıxarılmasına başlamaq olar.
Qoşunlar martın 15-dən etibarən çıxarılmağa başlanacaq.
Suriyadakı Rusiya hərbi bazaları isə əvvəlki rejimində fəaliyyət göstərəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Bəşər Əsədlə telefonla danışıb. Kreml rəhbəri Əsədlə Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı qərarı razılaşdırıb.
azadlıq.info