Vətəndaşı açıq-aşkar intihara sövq edirlər
Bu gün dünyada heç düşmən də düşmənin qazını, işığını qış aylarında kəsmir. Rusiya belə, savaşdığı Ukraynanın torpağını işğal etmişdi, amma qazını qış vaxtı kəsməmişdi. Bu hökumət isə banka borcu olan vətəndaşın qazını, işığını kəsib. Təkcə bu gün 2 nəfər də intihar edib. Bilə-bilə ki, bu ölkədə banklara borcu olan yüzlərlə insan intihar edir, vətəndaşa dayaq olmaq, ona çıxış yolu tapmaq əvəzinə qazını, işığını kəsir, açıq-aşkar intihara sövq edirlər. Xalqın sərvətini Avropada katokomba təmirindən, neft maqnatlarına ziyafətdən futbol klublarına, cüdoya sponsorluq etməyə qədər mənasız işlərə sərf edən, erməni kilsələrini pulsuz qazla təmin edib öz ölkəsindəki məscidlərin borca görə işığını kəsən, banka borcu olan vətəndaşın qış vaxtı qazını, işığını kəsən hökumət anti-milli deyil, bəs nədir? Anti-millilik daha necə olur?