Ölkə başçısı İlham Əliyev Bodrumda (Türkiyə) villa tikir. POLYFIN Geomembran Sanayi ve Ticaret A.Ş şirkəti öz feysbuk səhifəsində qeyd edir ki, izolyasiya işlərində onun materiallarından istifadə olunur.
2013-cü ilin martında Türkiyə KİV-ləri yazırdı ki, İlham Əliyev Bodrumun Yalıkavak ərazisində 13 mln avroya 5 ulduzlu otel alıb. 17 min kv m sahəsi olan oteldə 145 yer var.
Qeyd edək ki, POLYFIN şirkətinin izolyasiya materiallarından Bakı və Qəbələdə bir çox obyektlərin, o cümlədən: «Gənclik» ticarət mərkəzi, Vergilər Nazirliyi və SOCAR-ın inzibati binalarının, «Sadko» əyləncə mərkəzinin, Baku White City şəhərciyinin, Qəbəblə Beynəlxalq Hava Limanının və s tikintisində istifadə edilib (contact.az).