Millətimiz sahib çıxmasa, ölkəmiz xarici kəşfiyyatların poliqonu olaraq qalacaq
Hakimiyyət komandasında nə qədər qeyri-ciddi, danışığını bilməyən deputatın, icra başçısının, komitə sədri və nazirlərin olduğunu görürsünüz? Hansı ağzını açır, lağ obyekti olur, sosial şəbəkə fəallarına 1 həftəlik mövzu verir. İndi də məlum olur ki, bunlar Azərbaycandan başqa hər yerə işləyirlərmiş. Hökumət mətbuatı bir-birilə mübahisə edir ki, keçmiş milli təhlükəsizlik naziri neçə ölkənin kəşfiyyatı ilə əməkdaşlıq edirmiş və həbs edilməməsini neçə ölkədən xahiş ediblər. İndi də maliyyə nazirlərinin eyni vaxtda 3 yerə işləməsi müzakirə mövzusudur. Deməli problem təkcə o deyil ki, bunlar işbacarmaz, əksəriyyəti də qeyri-ciddi oğrulardır. Ən əsası odur ki, bunlar Azərbaycana işləmirlər. Millətimiz öz dövlətinə sahib çıxmasa, təkcə sərvətlərimiz dağıdılmayacaq, həm də ölkəmiz xarici kəşfiyyatların poliqonu olaraq qalacaq.