Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.
Madriddə “Real” “Roma”nı sınağa çəkib. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn “kral klubu” təkrar oyunda da eyni hesabla qələbə qazandı.
Günün digər qarşılaşması Almaniyada keçirilib. Burada “Volfsburq” Belçika “Gent”ini qəbul edib. Səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn Almaniya təmsilçisi öz meydanında 1-0 hesablı qələbə qazanmaqla 1/4 finala adlayıb.
“Real” (Madrid, İspaniya) – “Roma” (İtaliya) – 2:0
İlk oyun – 2:0
Qol: Ronaldo, 64, Xese Rodrigez, 68
“Volfsburq” (Almaniya) – “Gent” (Belçika) – 1:0
İlk oyun – 3:2
Qol: Şürle, 74