Işçilər imtahan adı altında işdən çıxarılır
Dövlət Gömrük Komitəsində ixtisar dalğası başlayıb. Redaksiyamıza daxil olan məlumata görə, qurumun ixtisarları özünəməxsus qaydada aparır. Bildirilir ki, işçilər üçün test imtahanı keçirilir. Imtahandan keçə bilməyənlər işdən çıxarılır.
Ad da olur ki, bu ixtisar deyil, sadəcə işi bilməyən kadrlar işdən çıxarılır. “Amma məsələ burasındadır ki, imtahandan kəsilənlər çoxdur. Hətta paket maaşlar kəsiləndən sonra ərizə yazıb pensiyaya çıxmaq istəyənlər belə imtahan olunur. Məqsəd budur ki, onlar da yaxşı pensiya ala bilməsin”, – deyə məlumatı verən mənbə bildirib. Mənbənin sözlərinə görə, birinci imtahan yanvarın 30-da keçirilib. Daha sonra fevralın 5-də. Lakin bu son deyil. Fevralın 6-sı və 9-da da imtahan olacaq.