Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı Mobil Internet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə “Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupuna qəbulun başlamasını elan edir.
AFFA, Bakcell şirkəti və Ingiltərənin “Mançester Yunayted” futbol klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin artıq 5 aya yaxındır ki, ilkin hazırlıq qrupu öz fəaliyyətiniÿdavam etdirir. Lakin çoxsaylı istəkləri nəzərə alaraq, daha bir ilkin hazırlıq qrupunun yaradılmasına qərar verilib.
Ilkin hazırlıq qrupunun 2003, 2004, 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü uşaqlardan təşkil olunması planlaşdırılır.
5 həftəlik proqrama 130 manat ödəməklə qoşulmaq mümkün olacaq. Yeni qrupun məşqləri fevralın 15-də başlayacaq.
“Mançester Yunayted Futbol Məktəbi”nin ilkin hazırlıq qrupunda məşqlər həftədə 2 dəfə olmaqla Bayıl stadionunda Ingiltərədən ezam olunnmuş Mick Bennet və assistentləri Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən keçiriləcək. Yerlər məhduddur.
Ikinci qeydiyyatdan keçmək üçün aşağıda göstərilən sənədlərlə 15.02.16 tarixində, saat: 17:30-da “Bayıl Arena” stadionuna gəlmək lazımdır:
* Şəxsiyyəti təsdiq edən sənəd
* Sağlamlıq haqqında arayış
Qeydiyyatdan öncə aşağıdaki nömrəyə zəng edib ilkin qeydiyyatdan keçmək mütləqdir.
Qrupa yazılmaq istəyənlər üçün əlaqə vasitələri:
* +994 55 511 33 03 “ Ramin Həsənov
* Muss@affa.az
“Mançester Yunayted Futbol Məktəbi” 2014-cü il sentyabrın 23-də yaranıb və oktyabrın 6-dan fəaliyyətinə start verilib. Dərslər həftədə 2 dəfə olmaqla praktiki və nəzəri şəkildə keçirilir.
Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 1 ilkin hazırlıq qrupu fəaliyyət göstərir.