Bazarların maraqla gözlədiyi məşğulluq göstəricisi açıqlandı.
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Yanvarda 151 min nəfərlə gözləntilərdən aşağı artıb.
Məşğulluğun 190 min artması gözlənilirdi.
Ölkədə işsizlik nisbəti isə son 8 ilin ən aşağı səviyyəsi olan 4,9%-ə düşüb. Proqnoz işsizlik nisbətinin 5%-də qalacağı istiqamətində idi.
Dekabr ay kənd təsərrüfatı xaric məşğulluq göstəricisi isə 292 mindən 262 minə endirilib. Saatlıq orta maaşlar isə Yanvarda 0.5% artaraq proqnozun üstündə reallaşıb. Gözlənti 0.3% artım istiqamətində idi.
Çərşənbə günü açıqlanan ADP özəl sektor məşğulluğu Yanvar ayında 205 minlə proqnozun üstündə artım qeyd etmişdi.
Fedin gələn ay yalnız 10 faiz ehtimalla faiz artıracağı gözlənilir.
Məlumatın açıqlanmasının ardınca Dollar Avro qarşısında bahalaşamağa başlayıb. Avro/dollar məzənnəsi 1.1245 səviyəsini gördükdən sonra 1.1150 səviyyəsinə düşüb.
ABŞ Mərkəz Bankının rəsmiləri məşğulluq bazarındakı prosesləri yaxından izləyir. Məşğulluq bazarında daha çox yaxşılaşmanın və maaşların artmasının Fedin inflyasiya hədəfinə çatmasını təmin edəcəyi bildirilir.
(marja)