Maliyyə böhranı dövründə avtomobil çoxları üçün əlçatmaz dəbdəbə sayılır. Bununla belə bir neçə model var ki, onlar praktiki olaraq hər kəsin cibinə uyğundur.
İqtisadi böhran insanları bütün şeylərdən qənaətlə istifadə etməyə məcbur edir. Bu xüsusilə avtomobil sənayesinə aiddir. Müasir dünyada daha çox orta statistik gəlirə malik insanların cibinə uyğun maşınlar əldə etmək lazımdır. Fins.az xarici mətbuata istinadən dünyanın ən ucuz avtomobillərini təqdim edir.
Tata Nano GenX – 3 000 dollar
Hindistan istehsalı olan bu avtomobilin salonlardakı qiyməti 3 min dollardan başlayır. Hazırda “Tata Nano GenX” şəhərdə sürmək üçün qənaətcil nəqliyyat vasitəsi sayılır.
2009-cu ildən buraxılan “Tata Nano GenX”da praktiki olaraq hər şeyə qənaət olunub. “Tata Motors” şirkəti avtomobilin istehsalına 1 milyard dollardan artıq pul qoysa da, maşının baza versiyasında qızdırıcı, radio, əyləc və sükan gücləndiricisi yoxdur.
Avtomobilin qabaq şüşəsini bircə «süpürgə» təmizləyir, təkərlər başqa maşınlarda olduğu kimi 4 boltla yox, 3 boltla bağlanıb. Arxada baş verənləri isə yalnız sürücü görə bilir, çünki arxa güzgüsü yalnız onun tərəfindədir.
Maruti Suzuki Alto 800 – 4 370 dollar
Maruti Suzuki Alto iqtisadi inkişafı aşağı səviyyədə olan ölkələr üçün pis variant deyil. Ucuz olmasına baxmayaraq avtomobil olduqca keyfiyyətli yığılıb. O, adi ön hissələrə və klassik mühərrikə malikdir.
Avtomobilin mühərrikinin həcmi 0,8 litr, gücü isə 48 at gücüdür. Maşında avtomatik sürət qutusu olmasa da, mexaniki sürət qutusu kifayət qədər etibarlıdır.
Müxtəlif gəlirli müştərilər üçün maşının müxtəlif versiyaları var. Ən bahalısı kondisioneri olanlardır. Belə maşınları sürənlər səfər vaxtı özlərini komfortda hesab edirlər. Xüsusilə yay aylarında o, əvəzedilməzdir. Amma bir məsələ var ki, bu modeldə təhlükəsizlik yasdığı nəzərdə tutulmayıb.
«Renault Kwid» – 5 000 dollar
Ucuz avtomobilərin heç bir reytinqi Fransanın «Renault» modeli olmadan baş tutmuş. Yenicə buraxılmış “Kwid” markasının qiyməti 5 min dollardır. Bu avtomobil üçün əsas bazarlar inkişaf etməkdə olan ölkələrdir. O, ucuz olsa da, cəlbedici dizayna və etibarlı detallara malikdir.
Yeni krossover kifayət qədər kompaktdır. Onun uzunluğu-eni 3,65 və 1,86 metrdir. Bununla belə, istehsalçı bəyan edir ki, avtomobil geniş salona və baqaj yerinə malikdir. Ondan ailəvi harasa getmək üçün faydalanmaq olar. Avtomobilin mühərrikinin həcmi 0,8 litr, gücü isə 57 at gücüdür. Bum odel həm “robot” sürət qutusu, həm də «ME”anikA” ilə satılır.
«Daewoo Matiz» – 4,5-6 min dollar
Qənaətcillik, geniş salon və cəlbedici görünüş bu avtomobilə inkişaf etmiş ölkələrdə böyük populyarlıq qazandırıb. Onun qiyməti komplektasiyadan asılı olaraq 4,5-6 min dollar civarındadır. “Matiz”-ə xüsusilə MDB ölkələrində böyük tələbat var.
51 at gücünə malik mühərrikli maşın 3 silindirlidir. Onun mühərrikinin həcmi 0,8 litrdir. Maşın dünya bazarına çıxarılandan sonra qadınların diqqətini daha çox cəlb edib. Çünki kompakt formaya malik olduğu üçün onun park etmək və dayanacaqdan çıxarmaq çox rahatdır.
(fins.az)