Şərlənərək həbs olunmuş AXCP fəalı Fizuli Hüseynov Binəqədi saxlanma tədricxanasında aclıq aksiyası keçirir. Bu barədə AXCP-dən məlumat verilib.
Məlumatda deyilir ki, fevralın 3-də Fizuli Hüseynovun qardaşı tədricxana rəisinin aclıq aksiyasını dayandırmaq üçün partiya rəhbərliyi səviyyəsində ona təsir göstərilməsi təklifini partiyaya çatdırıb. Fizuli Hüseynovun sağlamlığında ciddi problemlərin olduğu nəzərə alınıb və partiyanın sədr müavini Nurəddin Məmmədli bir neçə fəalla birlikdə tədricxanaya gedib. Lakin onlar təcridxana rəisi ilə görüşə bilməyiblər.
Füzuli Hüseynovun qardaşı isə yenidən partiya ilə əlaqə saxlayaraq onun aclığı davam etdirdiyini, buna görə də aparılan sovqatı geri göndərdiyini bildirib.
Fizuli Hüseynov qanunsuz həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirir. O, bir sıra xroniki xəstəliklərdən əziyyət çəkir və aclığın onun həyatı üçün təhlükə yarada biləcəyi narahatlıq doğurur.