Bir az əvvəl mətbuatda Türkiyədə təhsil alan gənc İbrahim Fərhadlının xərçəng xəstəliyinə tutulması və onun müalicəsi üçün 150-200 min dollar tələb olunduğu haqda yazılmışdı. Tələbə gənclər ona dəstək üçün xeyriyyə marafonu keçirmək və pul toplamaq qərarına gəliblər. Xeyriyyə marafonu fevral ayının 6-sı və 7-də Park Bulvarda (2-ci mərtəbə, 12:00 – 21:00) təşkil olunacaq. İbrahimin müalicəsi üçün xeyriyyə yarmarkasına kitablar, rəsm əsərləri, suvenirlər, yumşaq uşaq oyuncaqları, musiqi alətləri, fərqli aksessuarlar və s. təqdim edə bilərsiniz. Bundan başqa, arzu edənlər aksiyaya qatılıb pul şəklində də yardım göstərə bilərlər.
Əlaqə telefonları: Aysel Hüseynzadə (+994 77 464 84 56) Fəridə Abbasova (+994 50 329 53 50) Əli Hümbətov ( +994 50 272 09 29)