Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyəcək. Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. Onun sözlərinə görə, hər iki ölkə prezidenti arasında heç bir əlaqə olmayıb.
“İki prezident arasında hər hansı əlaqə olmayıb. Yaxında belə bir əlaqənin qurulması planlaşdırılmır”- deyə Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya təyyarəsi ikinci dəfə Türkiyə sərhəddini pozandan sonra Ərdoğan Putinə görüş təklifi göndərdiyin demişdi.
azadliq.info