Jurnalist Rəvan Seyfulla saxlanılıb. Yasamal rayon 29-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, Rəvan Seyfulla hazırda bölmədədir və izahatı alınır. Onun hansı səbəbdən saxlanıldığı bilinmir.
Qeyd edək ki, R. Seyfulla bir sıra mətbu orqanla əməkdaşlıq edib.