Hazırda həbsdə olan Şair Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb. Bəyanatda deyilir.
40 gündən artıqdır ki, görkəmli Azərbaycan şairi Saday Şəkərli qondarma ittihamla həbs olunub. Şairin həbsi onun “Qurd ürəyi” adlı on dördüncü kitabının işıq üzü görməsi ilə eyni vaxta düşüb. Kitab satışa buraxılmayıb. Bütün nüsxələr, o cümlədən müəllifin evindəki kitablar qanunsuz olaraq müsadirə edilib. Şair Azərbaycan Respublikası Vergilər Nazirliyinə çağrılıb. Elə burda da guya kiməsə “hədə-qorxu gəlmək yolu ilə külli miqdarda əmlaka sahib olmaq” ittihamıyla saxlanılıb və barəsində tələmtələsik qətimkan tədbiri seçilib.
Biz, Saday Şəkərlini həm şair, həm dəyərli ziyalı, həm də, sözün əsl mənasında, vətənpərvəri bir insan kimi tanıyırıq. Saday Şəkərli kimi mütərəqqi düşüncəli söz adamının kimə, ya kimlərəsə hədə-qorxu gəlib pul tələb etməsi sadəcə absurddur, nonsensdir. O, nəinki belə bir hərəkəti özünə rəva bilən, hətta belə düşünməyi şərəfsizlik sayan bir qələm əhlidir. Hesab edirik ki, şərlənərək həbs olunan yalnız S. Şəkərli yox, həmçinin onun “Qurd ürəyi” romanı və onun SÖZÜdür. Beləliklə, faktiki olaraq hədə-qorxuya məruz qalan şairin özü, eləcə də onun xüsusi əmlakı sayılan kitablarıdır.
S. Şəkərlinin qələmindən çıxan poetik nümunələr dünyanın bir çox dillərinə tərcümə olunub. Onun əsərləri yalnız Azərbaycanda deyil, həm də Rusiyada, Türkiyədə, İranda, Amerikada oxunur. Azərbaycan Yazıçılar Birliyi dəyərli söz adamının həbsi ilə əlaqədar heç bir münasibət bildirməməsinə rəğmən, onun rusiyalı həmkarları – əlliyə qədər tanınmış rus yazarı, incəsənət xadimləri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə narahatlıq ifadə edən müraciət ünvanlayıblar.
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün bir sıra sahələr kimi, ölkədə azad qələm sahibləri də, bədii yaradıcılıq fəaliyyəti, ədəbiyyat da total nəzarətə götürülüb. Təbii ki, bu, çox neqativ nümunədir. Bəlkə də elə məhz bunun nəticəsidir ki, müstəqilliyinin 25-ci ilini yaşayan ölkəmizdə uzun müddətdir ki, dünyanın diqqətini cəlb edəcək samballı ədəbi nümunə ortaya qoyulmayıbdır. Etiraf edək: Bu gün Azərbaycanda vəziyyət onsuz da ağırdır. Ölkə təkcə iqtisadi deyil, həm də siyasi böhran qarşısındadır. Sosial-iqtisadi, siyasi və psixoloji reallığın belə mürəkkəb bir məqamında bəzi məmurlar sanki azad düşüncəyə qənim kəsilir, başqa cür düşünənləri,onlardan fərqlənənləri, habelə müstəqil yaradıcılıq yolu seçən yazıçıları, şair və jurnalistləri cəzalandırmaq, qorxutmaq, təqib və həbs etmək üsulunu seçirlər. Biz, zərrə qədər də günahı olmayan şairin hüquqlarının Müdafiə Komitəsi olaraq, Vergilər naziri hörmətli Fazil Məmmədovun, o cümlədən nazirliyin yüksək çinlı əməkdaşlarının nəzər-diqqətinə çatdırırıq ki, onlar ünvanı səhv salıblar; hədə-qorxu gələrək küllü miqdarda vəsait tələb etmək vərdişi, daha çox Vergilər nazirliyinin müfəttişlərinə xas olan xüsusiyyətdir və bu barədə dəfələrlə, özü də ən yüksək tribunadan sərt ittihamlar səslənib.
Biz Saday Şəkərliyə qarşı irəli sürülən saxta ittihamı birmənalı olaraq azad sözə qarşı yönəlmiş cəza tədbiri kimi dəyərləndirir və buna öz qəti etirazımızı bildiririk! Narahatlıqla bəyan edirik ki, Azərbaycandagünbə gün artan absurd ittihamlar və sifarişli həbslər getdikcə daha qəddar, eyni zamanda daha gülünc miqyas almağa başlayıb.Və bu, əlbəttə ki,çox açı təəssüf hissi doğurur. Biz məmləkətin namuslu yazıçılarını, azad yaradıcılığın və bədii sözün keşiyində duran dünya şöhrətli söz adamlarını, insan hüquqlarının müdafiəsi təşkilatlarını, habelə beynəlxalq yaradıcı və incəsənət qurumlarını görkəmli Azərbaycan şairi Saday Şəkərlinin müdafiəsinə çağırırıq!
Bəyanatı imzalayanlar.
1. Eldəniz Quliyev – kinodramaturq.Müdafiə Komitəsinin sədri.
2. Cəmil Həsənli – Tarixçı professor.
3. Rüstəm Behrudi – şair.
4. Sabir Rüstəmxanlı – xalq şairi.
5. Ramiz Qusarçaylı – şair.
6. Yaşar Məmmədli – BDU-nun professoru.
7. Zöhrab Əmirxanlı – publisist.
8. Səadət Cahangir – şairə.
9. Sevinc Məmmədova – şairə.
10. Zümrüd Yağmur – yazıçı.
11. Rafiq Manafov – politoloq.
12. Zakir Məmməd – tənqidçi, şair.
13. Mehdibəy Səfərov – ictimai xadim.
14. Xəlil Adıgözəl – şair.
15. Araz Səməd – şair.
16. Nurəddin Muğanli – yazıçı.
17. Şahinə Könül – şairə.
18. Mübariz Məsimoğlu – şair.
19. Rasət Pirisoyu – yazıçı, şair.
20. İlqar Hüseynli – yazar.
21. Elşən Qəniyev – jurnalist.
22. Şəhriyar İbrahimov – şair.
23. Rəşidə Allahverdiyeva – şairə.
24. Əlisəmid Kür – şair.
25.Nəriman Zeynalzadə – şair.
26.Nigar Hüseynqızı – hüquqşünas.
27.Əbülfət Novruz – şair.
28.Paşa Yaqub – publisist.
29.Əlayif Həsənov – vəkil.
30. Rövşən Almuradlı – rejissor.
31. Bilman Qüdrət – şair.
32. Çingiz Ələsgər – şair.
33.İradə Aytel -şairə.
34.Ayaz Arabaçı – şair.
35.Elməddin Mətləb – şair.
36.Əlizaman Baxış – şair.
37.Rafail Tağızadə – şair.
38.Esmira Məhiqızı – şairə.
39. Azad Qaradərəli – yazıçı.
40. Nazim Yaquboğlu – şair.
41. Aqşin Dadaşoğlu – şair.
42.Zəka Vilayətoğlu – ictimai xadim.
43. Qurban Bayramov – tənqidçi, ədəbiyyatşünas.
44. Müzəffər Məzahim – şair.
45. Maarif Soltan – şair.
46. Aləmzar Əliyeva – şairə.
47.Vasif Əlihüseyn – jurnalist.
48.Nazlı Ağayeva – publisist.
49. Hafiz Rüstəm – şair,tərcüməçi.
50.Murad Köhnəqala – şair.
51.Allahverdi Təkləli – şair.
52.Zakir Oğuz -şair.
53.Tahir Dövlətoğlu – neftçi,yazar.
54.Zamiq Mehdisoy – müəllim.
55.Sahib Nəbiyev – yazar.
56.İlkin Şakiroğlu – şair.
57. Yeganə Əmiraslanova – jurnalist, siyasi mühacir.
58. Kəmaləddin Qədim – şair.
59. Namiq Hacıheydərli – şair.
60. Yusif Məhəmmədoğlu – şair.