Antalyada keçirilən G-20 sammitinə qatılmaq üçün ABŞ prezidenti bu gün yerli vaxtla 6.50-də Türkiyəyə gəlib.
Türkiyə mətbuatı xəbər verir ki, prezident təyyarəsi “Air Force One”la Antalya hava limanına enən Obamanı iqtisadiyyat naziri Nihat Zeybekci, Antalya valisi Muammer Türker, Böyükşəhər bələdiyyə başqanı Menderes Türel və digər rəsmilər qarşılayıb.
Obama onu gözləyən limuzinə minərək qalacağı mehmanxanaya yollanıb.
ABŞ prezidentinin gəlişi ilə bağlı hava limanında təhlükəsizlik tədbirləri ən üst səviyyəyə qaldırılıb.
Obamanın bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi və prezidentlərin birgə mətbuat konfransı keçirəcəyi bildirilir.
Gültəkin