Fransa baş naziri Manuel Valls, Fransanın İŞİD-i vurmağa davam edəcəyini bildirib.
Valls, Fransız televiziya kanalı TF1-də qatıldığı bir proqramda belə deyib.
Təcavüzün çox yaxşı təşkil olduğunu ifadə edən Valls, Fransız xalqının, hökumətinin və parlamentinin güclü olmaq məcburiyyətində olduğunu bildirib:
“Respublika dəyərlərini təhdid edən düşmənlərlə döyüşə hazırıq. Fransa, Suriyada İŞİD-i vurmağa davam edəcək”,-deyə baş nazir bildirib.
azadliq.info