Parisin Terrorla Mübarizə Prokurorluğu Fransanı qana bulayan hücumlarla bağlı açıqlama yayıb. Prokuror Molins, hücumlarda ən az 129 adam öldürüldüyünü, 352 nəfərin isə yaralandığını bildirib: “Hücumlarda 129 adam ölüb, 352 nəfər isə yaralanıb. Yaralılardan 99-nun vəziyyəti ağırdır. Terror hücumunda üç fərqli qrupun iştirak etdiyini müəyyən etmişik. Artıq terroristlərdən üçünün şəxsiyyəti məlumdur. Onlardan birinin üzərindən Misir, digərinkindən isə Suriya pasportu aşkarlanıb. Suriya pasaportlu şübhəlinin üç oktyabrda Yunan adası Leros üzərindən AB-yə daxil olan bir qaçqın olduğunu müəyyən etmişik. Üçüncü şübhəli isə Fransa vətəndaşıdır. Terroristlər Kalaşnikov avtomatından istifadə ediblər. Hücumda istifadə olunan bombalar da eynidir. Əməliyyatlarımız ölkə xaricində də davam edir. Artıq Belçikada 3 şübhəli nəzarət altına alınıb”.
Fransa polisi isə terror aktını həyata keçirən bütün şəxslərin öldürüldüyü haqda açıqlama yayıb.
azadliq.info