Dünya liderləri Suriya və Əsədin taleyi ilə bağlı qərar verdilər – 6 aylıq keçid prosesi, 18 ay sonra seçki…
Bu gün Avstryanın paytaxtı Vyanada başlayan Suriya müzakirələri sona çatıb.
ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanada keçirilən Suriya Zirvəsinin ardından birgə mətbuat konfransı təşkil edib. ABŞ dövlət katibi problemin həllinin yalnız Suriya üçün deyil, bütün dünya üçün zəruri olduğunu bildirib. Dövlət katibi tərəflər arasında müəyyən məsələlərdə, xüsusən də Əsədin gələcəyi ilə bağlı fikir ayrılıqlarının qaldığını bildirib.Lakin Kerri, əvvəlki görüşlərlə müqayisədə bu istiqamətdə də əhəmiyyətli dəyişiklik olduğunu bildirib:
“Bu gün Səudiyyə Ərəbistanı, Almaniya, Qətər, Oman, Rusiya, Türkiyə və ABŞ olaraq Vyanada bir araya gəldik. Suriya mövzusunda bütün ölkələr həmfikir deyil. Əsasən də Əsədin gələcək taleyi ilə bağlı fikir ayrılıqları var. Böhranın həllində siyasi prosesin əsas olduğunu və buna Suriya xalqının qərar verməsinin zəruri olduğunu düşünürük. Biz buraya öz fikirlərimizi təlqin etmək üçün gəlməmişik, əhəmiyyətli olan Suriya xalqının istəyidir. Suriya xalqı, beynəlxalq ictimaiyyətdən yardım, siyasi həll istəyir.
Kerri, Suriya hakimiyyəti və müxaliflərin BMT rəhbərliyi altında danışıqlara başlaması haqda razılığa gəldiklərini də bildirib: “Suriya hakimiyyəti və müxaliflərin BMT rəhbərliyi altında danışıqlara başlaması istiqamətində razılaşdıq. Suriyalıların iradəsi altında 6 ay ərzində keçid prosesini dəstəkləyirik. Yeni konstitusiya layihəsinin hazırlanmasını və 18 ay ərzində ədalətli seçki keçirilməsini də razılaşdıq. Bu siyasi proses BMT-nin nəzarəti altında, atəşkəsin izlənməsi ilə baş tutmaldır. Bu zaman kimin terrorist, kimin sivil olduğu da aşkarlanacaq”.
Kerri, İŞİD və Əl-Nusranı bura aid etmədiyini, onların terrorçu oduğuna şübhə olmadığını bildirib.
azadliq.info