İngiltərənin baş naziri bu səhər hökumətin təcili toplantısını keçirib. Cameron, hökumət üzvülərinə Britaniyanın ciddi təhdidlə üz-üzə olduğunu bildirib və yüksək təhlükəsizlik tədbirləri görülməsini tapşırıb:
“Bu gün Fransız və İngilis xalqları tarixdə pisliyin qarşısında dayandığımız digər günlərdə olduğu kimi sarsılmış, amma qərarlıdır. Bu zəhərli ideologiyanı silmək üçün səylərimizi ikiqat artıracaq, fransızlar və dünyadakı digər müttəfiqlərimizlə inandığımıza sahib çıxacağıq. Nə qədər güclü, hazırlıqlı olsaq da İngiltərə də təhdidlə üz-üzədir.
Cameron bu təhdidlərin arxasında onları bölmək, həyat tərzlərinin yox etmək istəklərinin durduğunu bildirib:
“Bizi bölmək və həyat tərzimizi yox etmək istəyirlər. Bu səbəbdən hər zamankındın daha çox bir araya gəlməli, sevdiyimiz, bildiyimiz və əlimizdən alına bilməyəcək həyat tərzini sürdürməliyik”,- deyə baş nazir bildirib.
azadlıq.info