Katolik aləminin dini lideri Papa Franciscus, Parisdə baş verən terror hücumlarına münasibət bildirib. Papa, baş verənləri qınayıb və bunu, üçüncü dünya müharibəsinin bir parçası adlandırıb:
“Baş verənlərdən sarsıldım və dərin acı icindəyəm. İnsanların etdiyi bu əmməlləri anlamaq çox çətindir. Sevgili Fransız xalqına və həyatlarını itirənlərin ailələrinə başsağlığı verirəm və onlar üçün dua edirəm.
Papa dünyanın bu anda yaşadığı, şahidlik etdiyi olayları üçüncü dünya müharibəsinin bir parçası kimi dəyərləndirib.
azadliq.info