Almaniya kansleri Angela Merkel Paris Paris terrorunun ardından mətbuat konfransı təşkil edib. Merkel bu hücumların yalnız Parisə yox, onları da hədəf aldığını bildirib: ” Bu hücum, yalnız Parisi deyil, hamımızı hədəf alıb. Bunun cavabını da birlikdə verəcəyik. Terrorla mübarizədə həmişə birlikdə hərəkət etməliyik. Azadlığımız hər cür terrordan daha güclüdür”,- deyə Merkel bildirib.
Kansler təcavüzkarları və hücumun arxasında duran şəxsləri tutmaq üçün Fransaya əlindən gələn hər cür yardım edəcəklərini bildirib: “Bu işin arxasında duranların və icraçıların aşkarlnaması üçün Almaniya olaraq əlimizdən gələni edəcəyik. Alman dostlarınız olaraq sizə çox yaxınıq, sizinlə birlikdə gözyaşı içindəyik”.
azadliq.info