Cənubi Koreyanın iri avtomobil istehsalçısı “Toyota” şirkəti süni intellektin yaradılması üçün 1 milyard dollara yaxın investisiya yatırmaq niyyətindədir.
Bu barədə korporasiyanın baş direktoru Akio Toyoda Yaponiyanın paytaxtında keçirdiyi mətbuat konfransında bildirib.
İlkin məlumatlara görə, “Toyota” Amerika Birləşmiş Ştatlarının Silikon vadisində buna uyğun müəssisə yaradacaq. Müəssisənin yaradılacaq tarix məlum deyil.
Ancaq A.Toyoda xatırladıb ki, növbəti 5 il ərzində bu sahəyə 1 milyard dollar vəsait yatırmaq niyyətindədir. O bildirib ki, yeni şirkət “Toyota Research institute” adlanacaq və Stenford Universiteti, həmçinin Massaçusets Texnoloji İnstitutu ilə əməkdaşlığa başlayacaq. Yaponiya maşınqayırma korporasiyasının bölməsinin rəhbəri dünyadan tanınmış robotexnika yaradıcılarından biri Gill Pratt olacaq. (lent.az)