Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir. Turnirdə ölkəmizi təmsil edən “Qəbələ” də növbəti matçına çıxıb. Roman Qriqorçukun komandası səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşıb.
Bakıda keçirilən ilk görüşdə bu rəqibinə 1:3 hesabı ilə uduzan “Qəbələ” bu dəfə daha böyük hesabla məğlub olub. Oyun meydan sahiblərinin 4-0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə “Qəbələ”nin qrupdan çıxmaq şansını minumuma endirdi.