İngiltərədə 15 yaşlı qız hamiləliyi ilə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı həkimlər dəhşətə gəlib. Yeniyetmə qızın qarnından 8 ayaqlı ilbiz çıxıb. Məlumatlara görə, bir müddət öncə qarnı şışən və qusmağa başlayan qız anası tərəfindən hamiləlik testindən keçirilib. Bundan sonra xəstəxanaya gətirilən qız anasına oğlanlarla əlaqədə olmadığını və bunun necə baş verə biləcəyini anlamadığını deyib. Yeniyetmə dərhal əməliyyat olunub. Qızın qarnından çıxan ilbiz isə sağ olub. Həkimlər araşdırmalar zamanı bəzi qeyri-adi faktlar üzə çıxarıblar. Bildirilir ki, qız 3-4 ay öncə okean kənarına ailəsi ilə istirahətə gedib. Səkkizayaqlı ilbizin yumurtaları mikroskopik ölçüdə olduğundan çox nadir hadisə baş verib. Suda üzərkən qızın ağzına ilbizin yumurtaları dolub. Bu yumurtalardan biri də qızın bədənində yaşayıb və böyüməyə başlayıb. (Teleqraf.com)